Главная > Cəmiyyət > Koronavirusa qarşı hansı dərmanlar alınmalıdır?
Koronavirusa qarşı hansı dərmanlar alınmalıdır?8-12-2020, 10:26. Разместил: azadses |
Rusiya Xalqlar Dostluğu Universitetinin Ümumi və Kliniki Farmakologiya şöbəsinin müdiri, professor Sergey Zıryanov koronavirus pandemiyası zamanı hansı dərmanların faydalı olduğunu açıqlayıb. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, ekspert hər şeydən əvvəl antipiretik (bədənin hərarətini azaldan) dərmanlar almağı tövsiyə edib. "Ən yaxşısı parasetamoldur. Çünki ibuprofen COVID-19-da bərpaedici xüsusiyyətə malik deyil. Burun damcıları da ala bilərsiniz" - Zıryanov verdiyi müsahibədə deyib. Mütəxəssis insanları antibiotik almamağa çağırıb. O bildirib ki, dərmanı peşəkar həkim təyin etməlidir. Zıryanov əlavə edib ki, antiviral dərmanların istifadəsi yalnız həkim nəzarəti altında mümkündür, çünki arzuolunmaz reaksiyaları var. Professorun sözlərinə görə, D vitaminindən sui-istifadə etməməlisiniz. Çünki artıq miqdarı damar zədələnməsinə, böyrək çatışmazlığına və digər problemlərə səbəb ola bilər. Вернуться назад |