Главная > Cəmiyyət > Hərbçiləri gözəgörünməz edən material kəşf olundu - FOTO

Hərbçiləri gözəgörünməz edən material kəşf olundu - FOTO


9-12-2020, 13:15. Разместил: azadses
Cənubi Koreya ixtiraçıları "maskalayan dəri" adlı material yaradıblar. Onun vasitəsi ilə hərbçilər ətraf mühitə "qarışaraq", demək olar, gözəgörünməz olacaqlar.
 
''Azad Səs'' xarici KİV-ə istinadən xəbər verir ki, yeni material hərbçini yalnız videokameralardan deyil, həm də infra-qırmızı diapazonda işləyən gecə görmə cihazlarından da gizlədə bilər.
 Bu material, tərkibində işığı dəyişə bilən monoxrom kristallar olan "piksellərdən" ibarətdir və ətraf mühitin temperaturuna uyğun olaraq, qıza və ya soyuya bilər. Bununla da obyekt teplovizorlardan tamamilə gizlənə bilər.
 
İstehsalçılar ixtiranın effektivliyini yoxlamaq üçün bir sıra sınaqlar keçiriblər. Belə ki, yeni materialı plastır halında ələ yapışdıraraq, müxtəlif fonlara yerləşdiririb müxtəlif temperaturlara məruz qoyduqda materialın rəngi fona uyğun olaraq dəyişib.
 
Alimlər yeni ixtiranı daha da təkmilləşdirməyi düşünürlər.


Вернуться назад