Главная > Cəmiyyət > Bu cür testlərin Azərbaycana gətirilməsi TƏBİB-in səlahiyətində deyil - AÇIQLAMA

Bu cür testlərin Azərbaycana gətirilməsi TƏBİB-in səlahiyətində deyil - AÇIQLAMA


13-12-2020, 13:33. Разместил: azadses
Ekspress testlərdən bütün dünyada istifadə olunur, lakin onların dəqiqliyi PZR testləri ilə müqayisədə zəifdir.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyindən (TƏBİB) bildirilib.
 
Qeyd edilib ki, Azərbaycan da bu testləri sınaqdan keçirib. Sınaq zamanı məlum olub ki, sözügedən testlər virus yükü aşağı olan, yeni yoluxmuş və ya sağalma dönəmində olanlarda neqativ çıxır.  Kəskin qızdırmalı aktiv xəstələrdə isə nəticə pozitiv ola bilər. Bu səbəbdən həmin testlərin istifadəsindən imtina olunub. Hazırda ölkəmizdə təsdiqləyici test kimi PZR  testləri qəbul edilib. Çünki, bu testlər ÜST tərəfindən koronavirusu aşkarlayan ən yüksək keyfiyyətli test kimi qiymətləndirilib. Bununla belə, ev şəraitində insanların ekspress testlərdən istifadə etməsinə hər hansı qadağa qoyulmayıb. Bu, hər kəsin şəxsi istəyinə bağlı məsələdir. Ümumiyyətlə, bu cür ekspress testlərdən bir çox xəstəliklərdə istifadə edilə bilər.  Məlumat üçün bildirək ki, ümumilikdə hər hansı dərman vasitəsinin və bu cür testlərin  ölkəmizə gətirilməsi TƏBİB-in səlahiyətində deyil.

Вернуться назад