Главная > Cəmiyyət > Nəzərdə tutulan məbləğ artırılmalı, SMS-icazə sisteminə dəyişiklik edilməlidir - AÇIQLAMA
Nəzərdə tutulan məbləğ artırılmalı, SMS-icazə sisteminə dəyişiklik edilməlidir - AÇIQLAMA15-12-2020, 09:04. Разместил: azadses |
![]() ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu ekspert Qubad İbadoğlu deyib. Q.İbadoğlu qeyd edib ki, hazırda SMS-icazə sisteminə keçidlə əlaqədar olaraq əllilərə və ahıl vətəndaşlara qulluq edənlərin bir yerdən başqa yerə hərəkət edib, xidmət göstərməsi üçün 3 saat zaman kifayət etmir: “Nazirlər Kabinetinin müvafiq qərarı ilə işçilərinin işə çıxması icazə verilən istiqamətlər arasında əlillərə və ahıl vətəndaşlara qulluq edən şəxslər yoxdur. Belə olan halda onlar öhdələrinə düşən işi 3 saat müddətində görə bilmirlər. Bundan da ən çox əziyyət çəkən COVİD-19 pandemiyası zamanı risk qrupuna daxil olan yaşı 65-dən yuxarı olan ahıl vətəndaşlar və I dərəcəli əlillərdir. Həlli vacib olan problemlərdən biri də çoxmənzilli yaşayış binalarında yaşayan vətən müharibəsi əlilləri ilə bağlıdır. Müharibədən yaralı qayıdan gənclərin bir çoxunun yaşadıqları mənzilə giriş-çıxış imkanları çətinləşib. Hesab edirəm ki, müharibə əlilləri hərəkətə məhdudiyyət yaratmayan uyğun mənzillərlə və nəqliyyat vasitələri ilə təmin olunmalıdır. Ümid edirəm ki, hər iki məsələni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi diqqətdə saxlayacaq və onların həllinə ən qısa zamanda nail olacaq”. Вернуться назад |