Главная > Cəmiyyət > Ölkədə məşğul və işsiz əhalinin sayı məlum oldu
Ölkədə məşğul və işsiz əhalinin sayı məlum oldu16-12-2020, 15:27. Разместил: azadses |
2020-ci il dekabrın 1-i vəziyyətinə olan ilkin məlumatlara əsasən ölkədə iqtisadi fəal əhalinin, yəni, məşğul və işsiz əhalinin ümumi sayı 5 milyon 251,6 min nəfər olub. Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, iqtisadi fəal əhalinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artıb. Belə ki, onlardan 4 milyon 886,2 min nəfərini məşğul əhali, yəni, qanunvericiliyə zidd olmayan və qazanc gətirən hər hansı fəaliyyətlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları və ya ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər, həmçinin əcnəbilər təşkil edib ki, onların sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz azalıb. Əlavə olaraq bildirilib ki, noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 685,3 min nəfər olub. İqtisadiyyatın dövlət sektorunda 914,9 min nəfər, qeyri-dövlət sektorunda isə 770,4 min nəfər çalışıb. İqtisadiyyatın neft-qaz sektorunda 33,9 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 651,4 min nəfər fəaliyyət göstərib. Qeyd edilib ki, 2020-ci ilin yanvar-oktyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 138,1 saat təşkil edib. Вернуться назад |