Главная > Cəmiyyət > 10 yaşlı Nərminin qətlində şübhəli bilinən İlkin Süleymanovdan xəbər var
10 yaşlı Nərminin qətlində şübhəli bilinən İlkin Süleymanovdan xəbər var18-12-2020, 12:38. Разместил: azadses |
![]() ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə təqsirləndirilən şəxsin vəkili Əlibaba Rzayev məlumat verib. O bildirib ki, hakim Solmaz Musatafayeva sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub və İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 ay 13 gün artırılıb. Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.APA Вернуться назад |