Главная > Cəmiyyət > Pensiyalarla bağlı dəyişikliklər olacaq - VİDEO

Pensiyalarla bağlı dəyişikliklər olacaq - VİDEO


23-12-2020, 08:15. Разместил: azadses
"Əmək pensiyaları haqqında" qanuna bir sıra ciddi dəyişikliklər təklif olunub.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, yeniliklərə pensiya təminatında sığorta sisteminin gücləndirilməsi, təyinatda ünvanlılığın artırılması və qarışıqlığın aradan qaldırılması, həmçinin lazım olan əmək stajının müddətinin çoxaldılması aiddir. Bir sözlə, pensiyaların həm təminatı, həm də təyinatı prosesində keyfiyyət yüksəlir.
 
Bəzi kateqoriyadan olan pensiyaçılara isə əlavə ödənişlər dayandırılacaq.
 
Bundan başqa, pensiyaya dair müraciətləri artıq heç yerə getmədən, rahat şəkildə evdən yönləndirmək mümkün olacaq.
 
Nəzərdə tutulan dəyişikliklər yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Вернуться назад