Главная > Cəmiyyət > 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi başa çatır - RƏSMİ
190 manatlıq birdəfəlik ödəmələrin verilməsi başa çatır - RƏSMİ30-12-2020, 11:45. Разместил: azadses |
![]() Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı bildirib. Onun sözlərinə görə, 190 manatın ödəməsinin bu gün tamamlanması nəzərdə tutulur: "Ümumilikdə 450 milyon manat vəsait işini və gəlirini itirən qeyri-formal çalışan aztəminatlı şəxslərə bu məqsəd üçün ödənildi". O qeyd edib ki, növbəti ildə birdəfəlik ödəmə ilə bağlı qərar Nazirlər Kabinetindən asılıdır: "Yeni ilə daha pozitiv arzularımız var. İnanırıq ki, sərt karantin rejimi olmayacaq və iqtisadi fəallıq bərpa ediləcək"./Oxu.az Вернуться назад |