Главная > Cəmiyyət > “Qiymət artımını dəstəklədiyimi və ya qarşı çıxdığımı qətiyyən bildirməmişəm” – Nurlan Həsənov

“Qiymət artımını dəstəklədiyimi və ya qarşı çıxdığımı qətiyyən bildirməmişəm” – Nurlan Həsənov


6-01-2021, 16:25. Разместил: azadses
"Azərbaycanla müqayisədə Almaniyada benzinin qiyməti xeyli yüksəkdir" dediyinə görə tənqid edilən deputat Nurlan Həsənov fikirlərinə aydınlıq gətirib.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, N.Həsənov deyib ki, verdiyi müsahibədə Almaniya ilə Azərbaycan müqayisə edilməyib.

“Sadəcə, dünyada neftin qiymət artımına bağlı bütün ölkələrdə qiymət artımı ola biləcəyini bildirmişəm, o cümlədən Almaniyada! Məsələn dizelin qiyməti 11 sent artıb! Amma bunu Tarif Şurasının qərarına haqq qazandırmaq üçündə bildirməmişəm! Sadəcə, bu barədə iki gün öncə Almaniya mətbuatında oxuduğum üçün yadımda qalmışdı! Mən iqtisadçı deyiləm! Verdiyim müsahibədə öncə iqtisadçıların bu məsələyə münasibət bildirməsini daha düzgün hesab etdiyimi bildirmişəm! Digər ölkələrlə müqayisədə ölkəmizin təbii neft-qaz yataqları olduğu üçün qiymətlərin aşağı olduğunu qeyd etmişəm! Bir çox ölkələrdə, o cümlədən 2021-ci ildən Almaniyada (sadəcə məlumatlı olduğum üçün Almaniya) benzin və dizel qiymətlərində artım olduğunu bildirmişəm! Tarif Şurasının qərarının dünya bazarlarında neftin dəyərinin artması ilə bağlı ola biləcəyini bildirmişəm. Müsahibə zamanı qiymət artımını dəstəklədiyimi və ya qarşı çıxdığımı qətiyyən bildirməmişəm. "Azərbaycanla müqayisədə Almaniyada benzinin qiyməti xeyli yüksəkdir" başlığını ədalətli ədalətli hesab etmirəm. Bu sadə insanların saf düşüncələri və hisslərindən sui-istifadə etməkdir! Çünki onsuzda aydındır ki, Almaniya ilə Azərbaycanda benzin və dizel qiymətləri tam fərqlidir, əmək haqqı, insanların yaşayış səviyyəsi fərqlidir” – deputat bildirib.

Вернуться назад