Главная > Cəmiyyət > İcbari Tibbi Sığorta ilə bağlı MÜHÜM XƏBƏR

İcbari Tibbi Sığorta ilə bağlı MÜHÜM XƏBƏR


7-01-2021, 15:17. Разместил: azadses
1 yanvar 2021-ci il tarixindən etibarən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanmasına başlanılıb.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Dövlət Vergi Xidmətinin idarə rəisi Nigar Vahabzadə bildirib ki, icbari tibbi sığorta əhaliyə etibarlı, keyfiyyətli tibbi xidmətlərin, ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə zəmanət verməklə səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək məqsədi daşıyır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli Fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib.

““Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, 2021-ci il yanvarın 1-dən muzdla işləyənlər üzrə bütün işəgötürənlər tərəfindən, o cümlədən dövlət büdcəsindən maliyyələşən təşkilatlar, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürənlər, habelə onların işçilərin aylıq hesablanmış əməyin ödənişi fondundan icbari tibbi sığorta haqqı tutulması müəyyən olunub”, - deyə N. Vahabzadə qeyd edib.



Вернуться назад