Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar.
''Azad Səs''-in məlumatına görə, bu barədə “Daily Star” xəbər yayıb.
Onların sözlərinə görə, Yerin fırlanma sürəti artarsa, belə bir addıma ehtiyac ola bilər. Bununla belə, alimlər bunun reallaşacağını söyləməyin hələ tez olduğu qənaətindədirlər.
Son qərar 2023-cü ildə keçiriləcək Dünya Radioəlaqə Konfransında veriləcək.Modern.az