Главная > Cəmiyyət > Azərbaycanda HAMİLƏ qadınlara koronavirus peyvəndi VURULACAQ ?-HƏKİM AÇIQLADI

Azərbaycanda HAMİLƏ qadınlara koronavirus peyvəndi VURULACAQ ?-HƏKİM AÇIQLADI


13-01-2021, 13:39. Разместил: azadses
Məlum olduğu kimi, yanvar ayında ölkəmizdə koronavirus vaksinləşməsinə başlanılacaq. İlk olaraq risk qrupunda olan insanların, xroniki xəstələrin, yaşı 65-dən yuxarı olan insanların, tibb işçilərinin vaksinləşməsi nəzərdə tutulur. Vətəndaşları düşündürən suallardan biri də məhz hamilə qadınlara vaksinlərin vurulmasıdır.

Koronavirus peyvəndinin yan təsirinin olub- olmaması müzakirə edilməklə yanaşı, insanlarda qorxu da yaradır.

Bununla bağlı Sonxeber.az-a AHİB üzvü, dosent Ədalət Rüstəm danışıb:

"Hamilə qadınların vaksinasiyası bütün ölkələrdə aparılır və bizim ölkədə də koronavirus əleyhinə peyvəndləmədə hamilə qadınlar iştirak edəcək".


Вернуться назад