Главная > Cəmiyyət / Manset > Bakıda bu marşrutların hərəkət sxemləri dəyişəcək

Bakıda bu marşrutların hərəkət sxemləri dəyişəcək


13-01-2021, 16:31. Разместил: azadses
Yanvarın 14-də Bakının Binəqədi rayonunun Mirmahmud Kazımovski küçəsi ilə hərəkət edən 52 və 193 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

''Azad Səs'' bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, dəyişikliyə səbəb küçənin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə qədər olan hissəsində aparılacaq təmir işləridir.


Вернуться назад