Главная > Cəmiyyət > Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub? - FOTO
Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub? - FOTO19-01-2021, 08:35. Разместил: azadses |
Ermənistanda müxtəlif malların üzərindəki etiketlərlə bağlı qalmaqal səngimir. Bir müddət əvvəl Türkiyə istehsalı olan hərbi geyimlər narahatlıq yaratmışdı. İndi isə Ermənistan mağazalarında üzərində azərbaycanca sözlər yazılan ərzağın görünməsi ciddi müzakirə mövzusuna çevrilib. “Sputnik Armenia”nın “Telegram” kanalında mövzuya uyğun foto verilib. Burada əla növ buğda unu bağlamasının üzərində azərbaycanca məlumat verilməsi gözə dəyir. Nəşr məsələni araşdırmaq qərarına gəlib. Məlum olub ki, azərbaycanca etiket təkcə un və un məmulatlarının üzərində müşahidə edilməyib. Bir sıra ərzaq məhsullarının üzərində bizim dildə ifadələr var. Ermənistanda ərzaq təhlükəsizliyi və yeyinti məhsullarıyla bağlı qanunvericiliyə görə, ayrı-ayrı malların üzərində azərbaycanca etiketin olması qanun pozuntusu sayılmır. Çünki məhsul ixrac edən tərəfin bölgədəki dilləri nəzərə alması normativlərə uyğundur. Ermənistanda, adətən, ərzaq məhsullarının üzərində keçmiş SSRİ respublikalarının dillərində ifadələrə rast gəlinir. İndiyə qədər azərbaycanca etiketlər qanunla qadağan olunmayıb. Qanunu nəzərə alaraq, ərzaq məhsullarının təhlükəsizliyi xidmətinin müfəttişləri həmin məhsulların bazara çıxmasına əngəl olmur. Dövlət xidmətindən “Sputnik Armenia”ya bildiriblər ki, qanunvericilikdə dəyişiklik məsələsi ilə bağlı yalnız İqtisadiyyat Nazirliyi qərar verə bilər. Bəzi məhsulların üzərində yalnız iki dildə - ermənicə və azərbaycanca etiketlər gözə dəyir. Böyük ehtimalla bu məhsullar həm Ermənistana, həm də Azərbaycana ixrac olunur. Yerli sakinlərin diqqətini həm də “Rafaello”nun üzərindəki “ləzzət” ifadəsi çəkib. Çünki ermənilər danışıqda bu sözdən istifadə edir. “Sputnik Armenia” yazır ki, azərbaycanca etiketlərdən çox, Azərbaycandan gəldiyi ehtimal olunan məhsullara diqqət ayırmaq lazımdır. Misal kimi nar göstərilib. Ermənistanda Gürcüstandan gətirilən narın məhz Azərbaycanda yetişdirildiyini düşünürlər. Son günlər Ermənistan saytlarındakı fotoşəkillərdə Azərbaycana məxsus hərbi geyimdə 4 şəxsin İrəvan supermarketlərindən birində alış-veriş etməsi əksini tapmışdı. Buna görə böyük qalmaqal yaranmışdı. Sonradan Ermənistan Müdafiə Nazirliyi açıqlama yayaraq həmin şəxslərin İrandan gəldiyini bildirmişdi. Bizimyol.info Вернуться назад |