Главная > Cəmiyyət > Siyavuş Novruzov: “Deyirlər ki, azərbaycanlılar Xankəndiyə niyə köçürülmür, harada yaşasınlar”

Siyavuş Novruzov: “Deyirlər ki, azərbaycanlılar Xankəndiyə niyə köçürülmür, harada yaşasınlar”


19-01-2021, 17:22. Разместил: azadses
“Deyirlər ki, azərbaycanlılar Xankəndiyə niyə köçürülmür? Azərbaycanlılar orada harada yaşasınlar? Gərək tikinti işləri aparıla ki, yaşasınlar. Çadır qurub yaşamayacaqlar ki?”
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
 
“Azərbaycanlı elə yerdə yaşamalıdır ki, erməni baxıb gəlib onun yanında yaşasın. Dövlətin siyasəti də bundan ibarətdir ki, işğaldan azad edilən ərazilər abadlaşdırılacaq. Kim orada yaşamaq istəyirsə, Azərbaycanın qanunlarını qəbul edəcək” – S.Novruzov bildirib.

Вернуться назад