Главная > Cəmiyyət > Dizellə bağlı VACİB XƏBƏR - Azalıb...
Dizellə bağlı VACİB XƏBƏR - Azalıb...21-01-2021, 09:16. Разместил: azadses |
2020-ci ildə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3,101 mlrd manat təşkil edib. ''Azad Səs'' Redaktor.az-a istinadən bildirir ki, Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, bu göstərici daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 3,6 % azdır. Hesabat dövründə 1 mln 166,7 min ton həcmində avtomobil benzini, 2 mln 068,6 mln ton dizel yanacağı, 25,4 min ton sürtkü yağları, 375 min ton neft bitumu istehsal edilib. Avtomobil benzini istehsalı 0,5 %, neft bitumunun istehsalı 44,2 % artıb, sürtkü yağlarının istehsalı 28,7 %, dizel yanacağı istehsalı 0,6 %, azalıb. 2020-ci ildə ölkədə 161,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 502,2 min ton ağ neft, 61,5 min ton yanacaq mazutu, 197 min ton neft koksu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 39,3 %, ağ neftin istehsalı 24,7 %, yanacaq mazutunun istehsalı 51,4 %, neft koksunun istehsalı 7,4 % azalıb. Вернуться назад |