Главная > Cəmiyyət / Manset > Məktəblərin fevralın 1-də açılmasına hazırlıq görülür
Məktəblərin fevralın 1-də açılmasına hazırlıq görülür21-01-2021, 15:34. Разместил: azadses |
![]() “Report”un əldə etdiyi məlumata görə, artıq məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən məktəblərə tapşırıq verilib. Belə ki, təhsil müəssisələrində tədrisin başlamasına hazırlıq işləri görülür. Məlumata görə, fevralın 1-dən ibtidai siniflər növbəli şəkildə, həftədə iki-üç dəfə, fevralın 15-dən sonra isə V və IX siniflərin şagirdləri məktəbə gedəcək. Sabah-yanvarın 22-də Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə 6 nömrəli məktəb-liseydə məktəblərdə tədrisin bərpasına həsr olunan brifinq keçiriləcək. Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən hazırda dərslər distant qaydada təşkil olunur. Вернуться назад |