Главная > Cəmiyyət > Bu avtobusların hərəkət sxemi dəyişdi - FOTO

Bu avtobusların hərəkət sxemi dəyişdi - FOTO


25-01-2021, 09:56. Разместил: azadses
Bakıda iki avtobusun hərəkət sxemi müvəqqəti olaraq dəyişir.

Bu barədə ''Azad Səs''-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər.

Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edildilib. Bu səbəbdən 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ yolla təşkil edilib.

Вернуться назад