Главная > Cəmiyyət / Manset > Xüsusi təhsilə cəlb olunan uşaqlar üçün müavinətin həcmi artırıldı

Xüsusi təhsilə cəlb olunan uşaqlar üçün müavinətin həcmi artırıldı


29-01-2021, 11:34. Разместил: azadses
Nazirlər Kabineti “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” qərarda dəyişiklik edib.
''Azad Səs'' xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcmi artırılıb.
Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 50 manat (əvvəl 22 manat) həcmində müavinət müəyyən olunub.
Evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 50 manat (əvvəl 22 manat) manat həcmində müavinət müəyyən olunub.

Report

Вернуться назад