Главная > Cəmiyyət > Bakıda gənclər niyə intihar edir? - KARANTİN, MÜHARİBƏ VƏ...
Bakıda gənclər niyə intihar edir? - KARANTİN, MÜHARİBƏ VƏ...29-01-2021, 12:23. Разместил: azadses |
Son bir həftə ərzində paytaxtda ardıcıl intiharların baş verməsi ictimaiyyətdə böyük narahatlıqla qarşılanıb. İntihar hadisələrinin artmasının səbəbi nədir? İnsanları intahara nə sövq edir? Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən psixoloq İlahə Dəmirbəy intihara meyilli insanların 70 faizinin depressiyada olduğunu bildirib: “İntihar səbəbləri müxtəlif ola bilər – maddi, mənəvi və sosial problemlər. Həmçinin, son dövrlər Azərbaycanda pandemiya, müharibə şəraiti bəzi insanlara fərqli təsir elədi. Ona görə ki, insanlar nə pandemiyaya, nə də müharibəyə psixoloji olaraq hazır deyildi. Düşünürəm ki, son intihar hadisələrinin səbəblərindən biri də budur. Çünki insanlar psixoloji immunitetə görə iki yerə bölünür - güclü və zəif. Nisbətən zəif insanlar güclü insanlarla müqayisədə daha çox intihara meyilli olur. Amma hər kəs bilməlidir ki, intihar çıxış yolu deyil, sadacə, məsuliyyətdən qaçmaqdır”. Вернуться назад |