Главная > Cəmiyyət > Azərbaycanda pensiyaçıların sayı açıqlanıb

Azərbaycanda pensiyaçıların sayı açıqlanıb


30-01-2021, 10:30. Разместил: azadses
İlkin məlumatlara əsasən 2021-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1 milyon 232,2 min nəfər olmaqla ölkə əhalisinin 12,3 faizini təşkil edib.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, həmin dövrə 412,0 min nəfər sosial müavinət, 289,0 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb. 2020-ci il ərzində birdəfəlik müavinət alanların sayı 91,0 min nəfər olub.

Həmçinin 2021-ci ilin əvvəlinə 77,3 min aztəminatlı ailənin 324,0 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 57,1 manat təşkil edib.


Вернуться назад