Главная > Cəmiyyət > Daha üç qazi yüksək texnologiyalı protezlərlə təmin edildi

Daha üç qazi yüksək texnologiyalı protezlərlə təmin edildi


3-02-2021, 12:49. Разместил: azadses
Vətən müharibəsində yaralanmış daha üç qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində tədbir keçirilib.

Tədbir zamanı müharibədə yaralanmış daha üç qazimiz - Ziya Ağami oğlu Kazımov, Rəşad Amin oğlu Əliyev və Kənan Nadir oğlu Musayev yüksək texnologiyalı protezlərlə təmin edilib. Həmçinin müasir protezlərin üstünlükləri nümayiş olunub, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlər və hədəflərə dair məlumat verilib.

Protezlərlə təmin edilən qazilər yüksək texnologiyalı protezlərlə təmin olunduqları üçün Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini bildiriblər.


Вернуться назад