Главная > Cəmiyyət > “Şahdağ”la bağlı XƏBƏRDARLIQ
“Şahdağ”la bağlı XƏBƏRDARLIQ4-02-2021, 13:15. Разместил: azadses |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması haqda 16 yanvar 2021-ci il tarixli qərarından sonra ölkə vətəndaşlarının şəhərlərarası və regionlararası turistik səfərləri bərpa edilib. Dövlət Turizm Agentliyindən verilən məlumata görə, ölkədaxili səfərlərin bərpa edilməsi regionlarda fəaliyyət göstərən hotellərdə sıxlığın yaranmasına səbəb olub. Xüsusi karantin rejiminin davam etməsi nəzərə alınaraq insanların kompakt şəkildə bir məkanda cəmləşməsi onların sağlamlıqları üçün təhlükə yarada bilər. Bununla əlaqədar təhlükəsizlik məqsədilə Dövlət Turizm Agentliyinin qərarı ilə “Şahdağ” Turizm Mərkəzinin fəaliyyətində dəyişiklik edilib. Belə ki, koronavirus (COVID-19) pandemiyasının yayılma ehtimalını minimuma endirmək məqsədilə kompleksdəki xidmətlərdən yalnız hotel rezervasiyası olan qonaqların və mövsümi keçid biletlərinə (skipass) malik olan xizəkçilərin istifadə etməsi mümkündür. Dövlət Turizm Agentliyi bir daha istirahət üçün hotellərə üz tutan vətəndaşları, həmçinin hotellərin işçi heyətini pandemiya ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırıb. Вернуться назад |