Главная > Cəmiyyət > Köçürülmə ilə bağlı yeni xəbər

Köçürülmə ilə bağlı yeni xəbər


4-02-2021, 17:06. Разместил: azadses
“Tələbələrin köçürülməsi qaydasında subbakalavrların köçürülməsi və ixtisas dəyişməsi məsələsi yoxdur”. 

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin əməkdaşı Günay İsgəndərova bildirib. O eyni zamanda qeyd edib ki, köçürülmə yay və qış sessiyaları zamanı olur: “Qış sessiyası fevralın 1-dən 7-nə qədər aparılır, yay və qış sessiyasından başqa vaxtda köçürülmə nəzərdə tutulmayıb”. 

G.İsgəndərova qeyd edib ki, I kurs I semestrdən sonuncu kursa qədər tələbə köçürməsi mümkündür: “Tələbə universitet daxilində ixtisas dəyişmək istəyirsə, öz ixtisas qrupu daxilində və balı çatdığı qədər olan ixtisaslara dəyişə bilər. Əgər tələbə dövlət universitetinə daha az balla daxil olubsa, Bakı və Sumqayıt istisna olmaqla regionlardakı dövlət universitetlərində öz ixtisaslarına uyğun daha yüksək ballı ixtisaslara köçürülə bilər". 


Вернуться назад