Главная > Cəmiyyət > “Sanki yeyinti üçün yeni bir yer axtarırlar” – “Azəriqaz”ın yeni sayğac sevdasının gizlinləri...
“Sanki yeyinti üçün yeni bir yer axtarırlar” – “Azəriqaz”ın yeni sayğac sevdasının gizlinləri...6-02-2021, 12:46. Разместил: azadses |
Tahir Kərimli: “Vətəndaşların xərcə salınmasının əleyhinəyəm və bunu qətiyyətlə pisləyirəm” “Azəriqaz” fevral ayının 1-dən etibarən Almaniya istehsalı olan yeni növ “Zenner” markalı sayğacların quraşdırılmasına başlayıb. Bu məqsədlə ölkəyə 30 min ədəd yeni sayğac da gətirilib. Lakin quraşdırılan yeni sayğaclardan insanlar o qədər də razı görünmürlər. Sayğacların sərfiyyatdan artıq borc yazması ilə bağlı iddialar da səsləndirilir. Bəs, görəsən, külli miqdarda vəsait xərcləyərək yeni sayğacların alınması hansı zərurətdən irəli gəlib? Ümumiyyətlə, indiki şəraitdə normal işləyən sayğacların yenisi ilə əvəzlənməsinə nə ehtiyac var? Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən millət vəkili Tahir Kərimli mövcud sayğacların köhnəlmədiyini və sıradan çıxmadığını deyib: “İddia olunur ki, yeni sayğaclar vətəndaşların öz hesablarına quraşdırılmalıdır. Amma bu işlər “Azəriqaz”ın hesabına aparılmalıdır. Hesab edirəm ki, bütün sayğacların yenisi ilə əvəzlənməsinə ehtiyac yoxdur. Yalnız yararsız halda olan sayğaclar dəyişdirilə bilər, bu isə vətəndaşın deyil, dövlətin vəsaiti hesabına həyata keçirilməlidir. Vətəndaşların xərcə salınmasının əleyhinəyəm və bunu qətiyyətlə pisləyirəm. Birmənalı olaraq hər kəs sosial şəbəkələrdə bu sayğacların normadan artıq pul yazdığını deyir. Belə olan halda insanları narazı salmağa ehtiyac yoxdur”. Əkrəm Həsənov: ““Azəriqaz” indiyə qədər sayğaclaşmanın normal əsaslandırılmasını ictimaiyyətə çatdırmayıb” İqtisadçı Əkrəm Həsənov isə deyir ki, hər bir dövlət qurumu öz fəaliyyətini əsaslandırmalıdır: “Birinci iradım odur ki, “Azəriqaz” indiyə qədər sayğaclaşmanın normal əsaslandırılmasını ictimaiyyətə çatdırmayıb. Bu yeni sayğaca ehtiyacın nədən yarandığı haqda əsaslandırma aparılmayıb. İkinci məqam ondan ibarətdir ki, bəzi insanlar yeni sayğacların sərfiyyatdan artıq yazdığını iddia edirlər. Bunun nə dərəcədə real olduğunu demək çətindir. Hər bir halda bu məsələyə aidiyyatı qurumlar istehlakçıların hüquqlarının müdafiəsi baxımından qiymət verməlidir. Həqiqətən iddialar doğrudursa, o zaman artıq ödənişlər vətəndaşlara geri qaytarılmalıdır. İndiki məqamda insanları belə məsələlərlə qıcıqlandırmaq doğru deyil”. Natiq Cəfərli: ““İnsanda belə bir təsəvvür yaranır ki, sanki yeyinti üçün yeni bir yer axtarırlar” İqtisadçı ekspert Natiq Cəfərli isə yeni sayğacların quraşdırılması ilə bağlı ciddi narazılıqların mövcud olduğunu deyib: “İnsanda belə bir təsəvvür yaranır ki, sanki yeyinti üçün yeni bir yer axtarırlar. Narazı olan insanlar qrup şəkilində məhkəmələrə müraciət etməli və sərfiyyatla bağlı problemlərin olduğunu bildirməlidirlər. Heç olmasa məhkəmə araşdırması zamanı “Azəriqaz”ın nümayəndəsi gəlib izahat versin. Əgər heç bir texniki əsası yoxdursa, o zaman sayğacların dəyişdirilməsi büdcə vəsaitinin növbəti izafi xərcidir”. Вернуться назад |