Главная > Cəmiyyət > Azərbaycanda 579 nəfər intihar edib - DƏHŞƏTLİ SƏBƏBLƏR...

Azərbaycanda 579 nəfər intihar edib - DƏHŞƏTLİ SƏBƏBLƏR...


9-02-2021, 10:12. Разместил: azadses
Son dövrlər Azərbaycanda intihar hadisələrində və intihar yaşının cavanlaşması tendensiyasında artım müşahidə olunmaqdadır. Keçən il 597 intihar hadisəsi qeydə alınıb. İntihar edənlərdən 440 nəfəri kişi, 157 nəfəri isə qadın olub. Təəssüflə qeyd etmək lazımdır ki, təkcə keçən ay intihar edənlərin sayı 33 nəfər olub.

Bəs Azərbaycanda bu halın kütləviləşməsinə səbəb nədir?

Bu haqda Redaktor.az saytına açıqlama verən psixoloq Gülnarə Əliyeva qeyd edib ki, insana ən ağır acı azadlığının limitləşdirilməsidir:

“Biz pandemiyaya görə kütlə olaraq travma aldıq. Bu vəziyyəti normallaşdırmağa, faydalı tərəflərini görməyə çalışsaq da travmanı yaşadıq. İşsizlik, maddi gəlirin azalması, bir yerdə çox vaxt keçirməyən ailə üzvləri arasında ünsiyyətin artması bir sıra problemlərə yola açdı. Normal halda mübahisə edib, qapını çırpıb işə gedənlərin gedəcək işlərinin olmaması vəziyyəti daha da gərginləşdirdi. Çox təəsüf ki, dünyamız böyük həbsxanaya çevrildi. Hər birimiz evlərimizdə həbs oldunduq. İlkin olaraq təşviş pozuntusu yaranmağa başladı. Təşviş pozuntusu mərhələli şəkildə panik atakla əvəzləndi. Bu mərhələlərdən sonra depresiya yarandı. Bu səbəbdən bizim intiharları indi görməyimiz təsadüfi deyil. Son olaraq özünə dözə bilməyən insanların canlarına etdikləri qəsdləri gördük, çünki bu müddət onlar üçün işgəncə oldu. Özünə zaman ayırmağı sevən insanlar isə bunu fürsətə çevirib, özlərini inkişaf etdirdilər”.

Вернуться назад