Главная > Cəmiyyət > Depressiyada olanların bu xəstəliyə tutulma ehtimalı DAHA YÜKSƏKDİR
Depressiyada olanların bu xəstəliyə tutulma ehtimalı DAHA YÜKSƏKDİR21-02-2021, 10:32. Разместил: azadses |
Depressiya diaqnozu qoyulan, əvvəllər həzm sistemi şikayətləri olan insanların "Crohn" və iltihablı bağırsaq xəstəliyinə tutulma ehtimalı daha yüksək olduğu müəyyən edilib. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, ingiltәrәli alimlәr Crohn və ya ülseratif kolit kimi iltihablı bağırsaq xəstəlikləri olan 15.000 min insanın analizlәrini araşdırıb. Alimlәr depressiya diaqnozu qoyulmuş xəstələrdə iltihablı bağırsaq xəstəliyi ehtimalını müzakirə edib. Araşdırmada depressiya diaqnozu qoyulmuş və həzm sistemi ilə bağlı şikayətləri olan insanların Crohn və ya ülseratif kolitә tutulma ehtimalının depresiya diaqnozu qoyulmamış insanlarla müqayisәdә 40 % daha çox olduğu müәyyәn edilib. Araşdırmada hәmçinin depressiyanın yalnız iltihablı bağırsaq xəstəlikləri üçün risk faktoru olmadığını bildirilib. Вернуться назад |