Главная > Cəmiyyət > Yoluxma sayı azalır - Bu, pandemiyanın SONLANMASI deməkdir?
Yoluxma sayı azalır - Bu, pandemiyanın SONLANMASI deməkdir?21-02-2021, 16:01. Разместил: azadses |
Azərbaycanda koronavirusa yoluxma hallarının sayı tədricən azalan istiqamətdə gedir. Ümumdünya Səhiyyə Təşkilatı da dünyada oxşar tendensiyanın müşahidə olunduğunu elan edib. Əsas odur ki, infeksiyanın yayılma sürəti azalır. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, tibb elmləri doktoru, mikrobioloq Vladislav Jemçuqov “Komsomolskaya Pravda”ya müsahibəsində pandemiyanın sonlanmaya yaxın olduğunu deyib. “Dinamikanı başa düşmək üçün aşkar olunmuş infeksiya ilə aparılan testlərin sayını müqayisə etmək lazımdır. Məsələn, bir milyon test aparılıbsa və 100 min yoluxma göstərilibsə, yarım milyon testdən 90 mini müsbət çıxıbsa, o zaman yoluxma sayında həqiqi azalma olmayıb. Bu səbəbdən statistikaya diqqətlə yanaşmaq lazımdır. Pandemiya o zaman bitir və ya real zəifləmə olur ki, əhalinin 60-70 faizi virusla bu və ya digər formada təmasda olur. Bir il ərzində əhalinin əhəmiyyətli hissəsi virusla təmasda oldu. Əhali sıxlığının yüksək olduğu ölkələrdə epidemiya yavaşlayır, çünki koronavirusla qarşılaşmayanların sayı getdikcə azalır. Həkimlərə müraciət etməyən, xəstəliyi simptomsuz keçirən və ya özləri müalicə olunan insanlar olduğundan virusla təmasda olanların dəqiq sayı məlum deyil. Bəzi təxminlərə görə, statistikaya daxil olmayanların sayını müəyyən etmək üçün rəsmi rəqəmləri ən azı 10-a vurmaq lazımdır. Kütləvi immunitet tədricən formalaşır. Odur ki, epidemiyanın yavaşlaması getdikcə daha çox nəzərə çarpır. Sadə dildə desək, xəstələnmə ehtimalı aşağı düşür. Beləliklə kütləvi immunitet 80 faiz olduqda təbii şəkildə başa çatacaq. Amma pandemiya bütün ölkələrdə eyni vaxtda sonlanmayacaq. Bir çoxunda bu, əhalinin sıxlığından asılıdır. Məsələn, əhalisinin sayı çox olduğuna görə Çin hələ də təhlükəli bölgə olaraq qalır”. Professor onu da bildirib ki, yeni ştamların yaranması virusların inkişafının təbii prosesidir: “Pandemiyanın sonlanma prosesi yalnız virusun planına uyğun olaraq baş verəcək. Hər halda pandemiyadan yavaş-yavaş çıxdığımızı demək olar, bütün məhdudlaşdırıcı tədbirlər epidemiya prosesini ləngidir, lakin dayandırmır”. Вернуться назад |