Главная > Cəmiyyət > Bakının bəzi yollarında buzlaşma var - DİQQƏT

Bakının bəzi yollarında buzlaşma var - DİQQƏT


25-02-2021, 08:59. Разместил: azadses
Bakıda əksər küçə və prospektlərdə yollar qardan təmizlənib.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib.

V. Əsədov bildirib ki, bununla belə, bəzi enişli və yoxuşlu ərazilərdə buzlaşma var: "Bir daha sürücülərə müraciət edərək diqqətli olmağa çağırırıq. Hazırda polis əməkdaşları da xidmət aparaq yollarda nizamlayıcı qismindədirlər. Odur ki, sürücülər ara məsafələri saxlamaqla, diqqətli hərəkət etməlidirlər".

Вернуться назад