Главная > Cəmiyyət > İqtisadçı Ekspert Günay Hüseynova- Korona virus pandemiyasının ölkə iqtisadiyyatına təsiri haqda

İqtisadçı Ekspert Günay Hüseynova- Korona virus pandemiyasının ölkə iqtisadiyyatına təsiri haqda


4-04-2020, 16:28. Разместил: azadses
1) Korona virus pandemiyasının  ölkə iqtisadiyyatına təsiri nələrdən ibarət olacaq? Virus səbeb ilə dünya iqtisadiyyatında baş verənlər Azərbaycan iqtisadiyyatından da yan keçmir.Ümumdunya Səhiyyə təşkilatının (WHO)  Korona virusu qlobal təhlüke elan etməsindən sonra Çin iqtisadiyyatı başda olmaqla ölkələrin iqtisadiyyatına mənfi təsir göstərdi,xüsusi ilə də neft sektorundan asılı ölkələrin.Neft Idxalinda Dünya Bazarinda Çin önəmli yer tuturdu.Çində başlayan virus səbəbi ilə neftə tələbin azalması və istehsal fazlalığı (artıqlığı) bir anda qiymetlere oz təsirini göstərdi Dünya bazarında xam neftin qiymətinde ,birjalarda  səhmlərin dəyərində gözə çarpan dərəcədə ucuzlama müşahidə edilir.Azerbaycan neft sektorundan asılı ölkə olduğu ücün dünya bazarında neftin ve qazın ucuzlasmasıda ölkəmizə mənfi təsirlərini göstərcək.Onsuzda ötən il Azərbaycanda neft hasılatı 3,3%,neft mehsullarının istehsalı   3,2 % azalmışdır. Bir Neçə müddət sonra virus tamamile yox olduqdan sonra ölkə iqtisadiyyatında nələr olacaq 1) Valyuta ehtiyatlarında kəskin azalma 2)Böyük müəssələrdə kiçilmələr, orta ve kiçik sahibkarlıgın nisbətən sıradan çıxması 3) iş yerlərinin bağlanması ve kiçilməsi səbəbi ilə ixtisarlar.Bir sözlə desək işsizlik 4)Milli Valyutanın Devalvasiyası gözləniləndir yaxın tarixdə olmasa da il sonunda olacagı ehtimali var 5)inflyasiyanın səviyyəsində artışlar 6)Turizm sektorunda durgunluq 7)Tələb Təklifdə tərs mütenasiblik.2. Zərəri mimimuma endirmək məqsədilə İşçi qrup 9 proqramdan ibarət paket hazırlayıb. Birinci proqram 300 mindən çox işçinin əmək haqqının bir hissəsini dövlətin ödəyəcəyini nəzərdə tutur. İşçilər üçün bu hansı əhəmiyyətə malik olacaq? Bu Paket virusun tesirlerinden otusmek ucun qisamuddetli ola biler.Ancaq qeyd edim ki Virusun özü bir müddet olsa da tesirleri aylarla hətda bir neçə il ölkə iqtisadiyyatını öz təsiri altında saxlayır.Deyəlim ki bu paketlə işçilərin 1 aylıq ve 'ya 2 aylıq əmək haqqı ödənildi bəs sonra? Bəs Özəl sektorun,ixtisarlar nəticəsində işsiz qalmiş əhalinın vəziyyəti necə olacaq? Nəzərdə tutulan bu paketlər sadəcə virusun  fəsadlarını qısa müddətli həll ede bilər.3. Sözsüz ki, ən böyük zərbə özəl sektordan çalışanlara dəyib. Belə çətin vaxtda onlar nəcə hərəkət etməlidirlər?  Ən böyük zərbə özəl sektorda sahibkarlara həm də həmin sektorda çalışanlara dəyib.Yuxarıda qeyd etdiyim kimi kiçik və orta biznesin sıradan çıxmasi və böyük müessisələrdə kiçilmə və 'ya ili zərərlə başa vurmalar gözləniləndir.Özəl sektorda Dövlət vergilərə güzəşt etmeklə bu zərəri minimuma endirə bilər.Mənfeet vergisində %10 güzəşt və 'ya ƏDV  ( Əlave Dəyər Vergisi) də ümumi vergidən %5 guzəşt.Dövlətin əsas gəlir yerlərindən biridə vergilərdir deyə bilmərikki təmami ilə sıfırlansın amma müeyyən güzeştlər ola bilər.Əslində qalanda heç özəl sektorun öz sistemidə düzgün qurulmayıb axi ən başlıcası Qara mühasibatlıq və s .Işci 600 manat maaş alırsa 400 manat kimi göstərilir qalan qismi ,,paket" də ödənilir. 4. 290 mindən çox mikro və fərdi sahibkar dövlətin ayırdığı imkandan yararlana biləcək. Bu proqram özəl sahibkarlığın qorunması üçün hansı rolu oynayacaq? Dovletimiz her zaman sahibkarin yanindadir.Bu paketlerde sektoru qoruyub saxlamaq meqsediledir.Lakin birbaşa olkemizle deyil Dünyadan geden prosesle bağlı olduğu ucun Dovletin herhansi bir addim atması o demek deyilki o sektoru qoruyub ayaqda  tutacaq.Sadece zərəri minimuma endirəcək.
Вернуться назад