Главная > Cəmiyyət / Manset > Ağdaşda avtomobil 16 yaşlı gənci vuraraq öldürdü

Ağdaşda avtomobil 16 yaşlı gənci vuraraq öldürdü


16-03-2021, 12:00. Разместил: azadses
Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Report” xəbər verir ki, hadisə Bakı­-Qazax yolunun rayonun Əmrarx kəndindən keçən hissəsində qeydə alınıb.
“Jeep” markalı minik avtomobili yolu keçən piyada, Əmrarx kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Uğur Laçın oğlunu vurub. U.Həsənov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Вернуться назад