Главная > Cəmiyyət / Manset > Salyanda iki avtomobil toqquşub

Salyanda iki avtomobil toqquşub


24-03-2021, 14:00. Разместил: azadses
Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə axşam saatlarında şəhərin mərkəzindəki 9 mərtəbəli binanın yaxınlığında qeydə alınıb.
Belə ki, “VAZ- 2106” markalı avtomobil arxadan “Mitsubishi” markalı avtomobilə çırpılıb.
Nəticədə “Mitsubishi” idarəetmədən çıxaraq yolun kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

Вернуться назад