Главная > Cəmiyyət > Qırğızıstanda yerli orqanlara seçkilər və konstitusiya referendumu keçirilir

Qırğızıstanda yerli orqanlara seçkilər və konstitusiya referendumu keçirilir


11-04-2021, 20:00. Разместил: azadses
Bu gün Qırğızıstanda konstitusiyanın dəyişdirilməsi üçün ümumxalq səsverməsi-referendum və yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.
TASS xəbər verir ki, ölkə üzrə 2 min 483 məntəqə fəaliyyət göstərir, yerli şuralara seçkilər 448 şəhər və kənddə keçirilir. Siyahılara səs hüququ olan 3.3 milyon seçicinin adı salınıb.
Səhər saatlarında Qırğızıstan Prezidenti Sadır Japarov xanımı ilə Bişkekdəki məntəqələrin birində səs verib.
Referendumu və yerli şuralara seçkiləri TÜRKPA-nın beynəlxalq müşahidəçi missiyasının tərkibində Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov, Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından Fərrux Cumayev və Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasından Aydın Cəfərov izləyir.
Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldabekova ilk mətbuat konfransında bildirib ki, konstitusiya layihəsi ilə bağlı keçirilən bu referenduma prezidentin səlahiyyətlərinin artırılması, bu sistemə keçid üzrə əsas normaların müəyyənləşdirilməsi və parlamentin deputatlarının sayının 120-dən 90-a endirilməsi məsələləri çıxarılıb.

Вернуться назад