Главная > Cəmiyyət / Manset > Koronavirus xəstəsi işğaldan azad olunmuş əraziyə keçmək istəyərkən ələ keçdi

Koronavirus xəstəsi işğaldan azad olunmuş əraziyə keçmək istəyərkən ələ keçdi


3-05-2021, 10:24. Разместил: azadses
Aprelin 22-də saat 6 radələrində Ağdam rayon sakini Rəşad Əliyev Təzəkənd kəndi ərazisindən işğaldan azad olunmuş əraziyə icazəsiz keçərkən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə protokol tərtib olunaraq rayon məhkəməsi tərəfindən 15 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilib.

Həkim müayinəsi nəticəsində R.Əliyevin COVID-19 virusuna yoluxduğu aşkarlandığından o, müalicə alması üçün evə buraxılıb.

Lakin mayın 2-də saat 5 radələrində R.Əliyev VAZ-21015 markalı avtomobillə evi tərk edərək Təzəkənd kəndi ərazisində yerləşən nəzarət postundan keçərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq postun şlaqbaumunu qıraraq işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib. Polis əməkdaşları tərəfindən onun bu cəhdinin qarşısı alınıb, tibbi prosedurlar gözlənilməklə o, evinə qaytarılıb.

Xəstəliklərin yayılmasına real təhlükə yaratdığına görə Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə cinayət işi başlanılıb.


Вернуться назад