Главная > Cəmiyyət / Manset > Magistr olmaq istəyənlərin nəzərinə: Vaxt açıqlandı

Magistr olmaq istəyənlərin nəzərinə: Vaxt açıqlandı


19-05-2021, 16:57. Разместил: azadses
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci cəhdi mayın 26-da keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

“İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidirlər.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.


Вернуться назад