Главная > Cəmiyyət > Bakı kəndlərində üç uşağı ilan sancıb - RƏSMİ
Bakı kəndlərində üç uşağı ilan sancıb - RƏSMİ24-05-2021, 13:30. Разместил: azadses |
“Cari ay ərzində 11 nəfər ilan sancması ilə müraciət edib, onlardan üç nəfəri azyaşlıdır” Bu barədə Oxu.Az-a 1 saylı Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib. Həkim bildirib ki, mayın 1-dən bu günə qədər Bakı ətrafı kəndlərdən ilan sancması ilə bağlı 11 nəfər müraciət edib: “Müraciət edənlərdən üçü azyaşlı olub, onlardan ikisinin müalicəsi stasionar şəraitdə davam edir. İlan sancmaları mövsümi olaraq artmağa başlayıb, xüsusilə də gürzə sancması müşahidə edilir. Kifayət qədər zərdab ehtiyatı var. Bundan başqa Toksikologiya Şöbəsinə dərman zəhərlənməsi ilə 12 nəfər qəbul edilib ki, onlardan üçü koma vəziyyətində olub. Sirkə turşusu ilə zəhərlənən dörd nəfər müraciət edib ki, ikisi ağır vəziyyətdə olub. Allergik reaksiya ilə 9 nəfər müraciət edib, ikisi ağır vəziyyətdə olub”. Həkim onu da əlavə edib ki, mayın birindən bu günə qədər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olan müraciətlər arasında ölüm faktı qeydə alınmayıb. Könül Cəfərli Вернуться назад |