Главная > Cəmiyyət > Yasamalda 16 yaşlı gənc yol qəzasında yaralandı

Yasamalda 16 yaşlı gənc yol qəzasında yaralandı


30-05-2021, 18:21. Разместил: azadses
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Hadisə zamanı 1995-ci il təvəllüdlü Abbasov Zahid Seyfəddin oğlu ağır bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад