Главная > Cəmiyyət / Manset > Bakıda iki qardaş yol qəzasında ağır yaralandı
Bakıda iki qardaş yol qəzasında ağır yaralandı1-06-2021, 07:15. Разместил: azadses |
![]() “Report” xəbər verir ki, hadisə Türkan qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə ərazisində minik avtomobili “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilində olan, 1990-cı il təvəllüdlü Ağayev Alim Fəxrəddin oğlu və onun qardaşı 1995-ci il təvəllüdlü Ağayev Məhəmməd Fəxrəddin oğlu xəsarət alıb. Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Alim Ağayevə qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi, Məhəmməd Ağayevə isə sağ dirsəyin sınığı, başın əzilməsi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |