Главная > Cəmiyyət / Manset > Valideynləri “Bizimləsən” verilişində axtarırdı, meyiti dənizdən tapıldı
Valideynləri “Bizimləsən” verilişində axtarırdı, meyiti dənizdən tapıldı23-06-2021, 09:31. Разместил: azadses |
![]() APA xəbər verir ki, axşam saatlarında Xəzər dənizinin Sumqayıt sahilində “Katamaran” istirahət mərkəzinin ərazisində dənizdən kişi meyiti tapılıb. Aparılan araşdırma zamanı boğulan şəxsin 2005-ci il təvəllüdlü Zalov Qubad Xəqani oğlu olduğu müəyyənləşib. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, 16 yaşlı yeniyetmə iyunun 20-dən evdən çıxması və bir daha geri qayıtmaması ilə bağlı valideynləri ATV-də yayımlanan “Bizimləsən” verilişinə müraciət etmişdi. Məlumata görə, Q.Zalov atasının ona şillə vurmasına görə yaşadığı evi tərk edibmiş. Вернуться назад |