Главная > Cəmiyyət > Bakıda karantini pozub restoranı açan sahibkar tapıldı

Bakıda karantini pozub restoranı açan sahibkar tapıldı


20-04-2020, 11:26. Разместил: azadses
Səbail rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən restoran aşkar edilib. Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı M.Müşfiq küçəsi 4 ünvanında yerləşən “502” restoranının xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.
Obyektə baxış zamanı orada olan obyekttin sahibi və 4 nəfər müştərinin karantin qaydalarını pozduları müəyyən aşkar edilib.
Həmin şəxslər restoranı icarə əsasında işlədən Yevlax rayon sakini Coşqun Məmmədov, Mingəçevir şəhər sakini Elmin Məmmədzadə, paytaxt sakinləri Fidan Əmrahova, Sahilə Bəhrəmova və Nasir İsayev saxlanılaraq Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətiriliblər. Bu şəxslər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.
Karantin qaydalarını pozan C.Məmmədov 200, digər 4 nəfəri isə 100 manat miqdarında cərimə ediliblər.


Вернуться назад