Главная > Cəmiyyət / Manset > Abşeronda avtomobil piyadanı vuraraq ayaqlarını sındırdı

Abşeronda avtomobil piyadanı vuraraq ayaqlarını sındırdı


26-06-2021, 08:48. Разместил: azadses
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Yunis Xəlilov yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki ayağın sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад