Главная > Cəmiyyət / Manset > Şəmkirdə avtomobillər toqquşub, gənc qadın xəsarət alıb

Şəmkirdə avtomobillər toqquşub, gənc qadın xəsarət alıb


27-06-2021, 08:24. Разместил: azadses
Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Sabirkəndində "Hyundai Sonata" "VAZ-2106" markalı avtomobillə toqquşub. Zərbənin gücündən "VAZ-2106" yoldan çıxaraq aşıb. Qəza nəticəsində Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Pəri Sadıqova xəsarət alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад