Главная > Cəmiyyət / Manset > Bakıda toya gedən gənclər qəzaya düşdü
Bakıda toya gedən gənclər qəzaya düşdü11-07-2021, 09:38. Разместил: azadses |
![]() "Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Hava limanı yolunda hərəkətdə olan "Mercedes" markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə zamanı "Mercedes"də olan sərnişinlər, 1998-ci il təvəllüdlü Kərimov Murad Qara oğlu və 2000-ci il təvəllüdlü Namazov Tural Tofiq oğlu xəsarətlər alıblar. Hər iki yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Müayinə zamanı onlara müştərək travma diaqnozu qoyulub. Bildirilib ki, gənclər toy mərasimində iştirak etmək üçün şadlıq evinə gedirlərmiş. Вернуться назад |