Главная > Cəmiyyət / Manset > Daşkəsənin xanım sahibkarına məmurlar süni problemlər yaradır

Daşkəsənin xanım sahibkarına məmurlar süni problemlər yaradır


14-07-2021, 13:57. Разместил: azadses
Nuriyyə Məmmədova: “Əhəd Abıyev Daşkəsənə icra başçısı təyin ediləndən bu rayona və əsasən də bizim ailəyə sanki bəla gəlib. Məmurlar da yaranmış problemlərin səbəbini Əhəd Abıyevi göstərirlər.”

Daşkəsən sakini Məmmədova Nuriyyə Cəlil qızı müraciət edərək, məmur özbaşınalığının qurbanı olduğunu deyir. Təsərrüfat fəaliyyəti ilə məşğul olan xanım sahibkar Daşkəsənin Zəylik kənd bələdiyyəsi və Yuxarı Daşkəsən bələdiyyəsi tərəfindən ona qarşı süni problemlər yaradıldığını bildirir:
"1996-ci ildən bəri fermer təsərrüfatı ilə məşğul oluram. Bu, bizim ailə təsərrüfatımızdır. Təsərrüfatın rəhbəri özüməm. Bütün hüquqi prosedurlara uyğun işimizi təşkil etmişik. Təsərrüfatda mal-qara, arıçılıq və əkinçiliklə məşğul olmuşuq. Təəssüf ki, hazırda heç bir işlə məşğul ola bilmirik. Məmur özbaşınalığına görə, hər şeydən məhrum olmuşuq. Hər il bizə məxsus olan əraziylə bağlı məmurların yaratdığı süni maneələrə görə aidiyyatı qurumlara müraciət etmişəm.
Zəylik kəndindən ayrılmış 19,46 ha pay torpağından və Zəylik kəndindən 110 ha bələdiyyə torpağından istifadə edə bilmirik. Bizə aid olan torpaqları İcra hakimiyyətindəki nümayəndələr və Zəylik bələdiyəsi Muradov Akif Əziz oğlu və Yuxarı Daşkəsən bələdiyəsinin sədri Abdullayev Ələkbər tərəfindən 2000, 3000, 4000 min pula satılır. Halbuki, mən həmin bələdiyəyə aid olan torpağın pulunu ödəyib qanuni sənədini almışam. 2010-cu ildə Mehriban xanımın qəbulunda olmuşam. Həmin torpaqlar mənim özümə qaytarılıb. Məndə sübutlar və çəklişlər də var. Buna baxmayaraq, keçmiş Torpaq Xəritəçəkmə komitəsinin müdiri Şahbaz Mehdiyev məni aldadaraq, 4000 min manat pulumu aldı ki, saxta yazılan məhkəmə qərarlarını ləğv etirəcəm. Sonra anladım ki, məni aldadıb pulumu alıb. Axı Daşkəsən rayonuna gələn sürüləri Şahbaz yerləşdirirdi.
Mən bundan pulumu istədiyim üçün və məmurlardan şikayət etdiyim üçün mənə aid olan torpağı Samux rayon sakini Bağırov Məsimə və Paşayev Eşqinə və s. digər şəxslərə satırdı. Hazırda Bağırov Məsimə saxta sənətlə bələdiyələr torpağı icarəyə veriblər. Dəfələrlə rayon icra hakimiyətinə müraciət etsəm də və Azərbaycanda elə bir yer yoxdur ki, mən orada qəbulda olmayım. Eyni zamanda müxtəlif media orqanlarını həmin əraziyə çəkilişə dəvət etmişəm. Ancaq bu günə qədər heç bir nəticə vermir. Hansı məmurdan şikayət edirəm, deyirlər ki, bizi Əhəd Abıyev məcbur edir. Mənə deyirlər ki, Əhəd Abıyev vətəndaşların yanında deyir ki, mənlik deyil. Amma, vətəndaşlar qəbuldan çıxandan sonra məmurları rüşvətə və haqsızlıqlara məcbur edir. Hər il olduğu kimi Məsim Bağırova icra hakimiyyəti tərəfindən buraxlış vəsiqəsi verilib. Mən həmin torpaqların sahibi olsam da Məsim və Eşqin adlı şəxslər heyvanlarını gətirib həmin əraziyə yığırlar. Demək olar ki, Daşkəsəndə nə haqını tələb edə bilərsən, nə də bu dövlətin qanunlarını...Çünki, Daşkəsən əhalisini qoyun yerinə qoyublar.
1996-ci ildən bəri məmurların yaratdığı problemlərlə üz-üzə qalmışıq. Hər il Daşkəsəndə məmurlar ayrı-ayrı şəxslərdən 2000-3000 manat civarında pul alaraq heyvan sürülərini həmin ərazilərə yerləşdirirlər. Mənə də deyirlər ki, həmin ərazidə mülkiyyətim yoxdur. Ağılasığmayan özbaşınalıqla və şər-böhtanla üz-üzə qalmışam. Bu günəcən elə bir qurum yoxdur ki, ora müraciət etməyim. Rəsmi qurumların demək olar ki, hamısında qəbulda olmuşam. Buna baxmayaraq, yenə də haqsızlıqla qarşılaşıram. Hazırda fermer təsərrüfatı ilə məşğul ola bilmirəm. Yenə də başqa şəxslərdən pul alıb, həmin əraziyə iki heyvan sürüsü yerləşdiriblər. Həmin ərazilər Eşqin Paşayev və Tamam Bağırova adlı şəxslərin adına sənədləşdirilib. İcarəyə götürdüyüm bələdiyyə əraziləri də əlimdən alınıb. Guya həmin ərazilərə heyvan sürüləri gətirmişəm. Halbuki, Daşkəsən rayonunun Xəritəçəkmə Komitəsinin keçmiş müdiri Şahbaz Mehdiyev həmin sürüləri özü gətirmişdi. Şahbaz Mehdiyev daha çox işimizə maneələr yaradan şəxs olub. Hazırda işdən azad edilib. Özüylə də bağlı cinayət işi açılıb.
2010-cu ildə Mehriban xanım Əliyevanın qəbuluna yazıldım. Bakıda qəbula getdikdən sonra icra başçısına zəng edildi ki, həmin mülkiyyət vətəndaşın özünə qaytarılsın. Məhkəmə qərarlarını da qanunsuz hesab etdilər. Hazırda əlimdə faktlar da qalmaqdadır. Daha sonra həmin torpaqlar mənə qaytarıldı. Şahbaz Mehdiyev mənə bildirdi ki, məhkəmə qərarı ləğv edilməsə torpağa sənəd ala bilmərəm. Məndən ümumilikdə 4000 manat pul aldı. Sonradan məni aldatdığını anladım. Guya verdiyim pula məhkəmə qərarlarını ləğv edib, torpağa sənəd alacaqmış... Onunla ailəvi dostluğumuz olduğuna görə inandım. Dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Hazırda şikayətim bələdiyyələrlə bağlıdır. Məni qanunsuz yerə məhkəməyə veriblər ki, torpağım ləğv edilsin. Bunu da Daşkəsənin icra başçıs Əhəd Abıyevin köməkliyi ilə etməyə çalışırlar. Əhəd Abıyev Daşkəsənə icra başçısı təyin ediləndən bu rayona və əsasən də bizim ailəyə sanki bəla gəlib. Ən çox şikayətim Daşkəsənin Zəylik kənd bələdiyyəsindəndir. Bundan əlavə, Yuxarı Daşkəsən bələdiyyəsi də mənə süni problemlər yaradır. Bunlara da Daşkəsən İcra Hakimiyyətində oturan məmurlar şərait yaradır. İcra başçısı deyir ki, mənlik deyil. Məhkəmə də bu işə baxa bilməyəcəyini bildirir. Hazırda Daşkəsən əhalisi çətin vəziyyətdə yaşayır. Bir növ daşdan çörək çıxarmağa çalışırlar. 2010-cu ildən bəri Şahbaz Mehdiyevlə bağlı müxtəlif qurumlara şikayet ünvanlamışam, amma ki, mənə dəymiş ziyan ödənilmir".

QEYD: Mövzunu davam etdirəcəyik.

Вернуться назад