Главная > Cəmiyyət / Manset > Cəlilabadda 6 yaşlı uşaq 2-ci mərtəbədən yerə düşərək ağır xəsarət aldı
Cəlilabadda 6 yaşlı uşaq 2-ci mərtəbədən yerə düşərək ağır xəsarət aldı23-07-2021, 12:10. Разместил: azadses |
Cəlilabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yıxılma hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə Cəlilabad rayonunda qeydə alınıb. Yaşadığı evin 2-ci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş-beyin əziyi və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib. Вернуться назад |