Главная > Cəmiyyət / Manset > Abşeronda avtomobil qadını vurub

Abşeronda avtomobil qadını vurub


5-08-2021, 12:30. Разместил: azadses
Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Saray qəsəbəsi yaxınlığında qeydə alınıb. Belə ki, 1971-ci il təvəllüdlü Nəsirova Süsən Məmməd qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ budun əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад