Главная > Cəmiyyət > DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu

DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu


6-05-2020, 11:49. Разместил: azadses
İmişli rayonunun bir qrup sakini Rayon Polis Şöbəsinə müraciət edərək, onlara məxsus evlərdən və avtomobildən oğurluq edilməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildiriblər ki, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum edilmiş Samit Bəyalıyev və Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Sakit Cəfərov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər rayon ərazisindəki iki evdən və bir avtomobildən qızıl-zinət əşyaları və nağd pul oğurlamaqla vətəndaşlara ümumilikdə, 8 min manatdan çox ziyan vurublar. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktlarla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işinə başlanılıb, araşdırmalar davam etdirilir.
Вернуться назад