Главная > Cəmiyyət / Manset > İtkin düşən ana və oğlu tapıldı

İtkin düşən ana və oğlu tapıldı


14-11-2021, 15:43. Разместил: admin
Tovuzda itkin düşən ana və övladı tapılıb.

Bu barədə "Azadsəs.com"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verib.

Məlumata görə, Tovuz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabr ayının 30-da yaşadığı Aşağı Quşçu kəndindəki evdən çıxaraq bir daha geri qayıtmayan T.A və onun övladı N.Q-nin yeri Bakı şəhərində müəyyən edilərək ailəsinə təhvil verilib.
Вернуться назад