Главная > Cəmiyyət > Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı layihə qəbul edilib

Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı layihə qəbul edilib


17-11-2021, 17:34. Разместил: admin
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib.

“Azadsəs.az” xəbər verir ki, layihəyə əsasən 2022-ci ildə yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilir. Qeyd edək ki, 2021-ci ildə yaşayış minimumu 196 manat olub.

Həmçinin “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi də müzakirə edilib. Layihəyə əsasən, gələn il ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyənləşdirilir.

Qeyd edək ki, ötən il ehtiyac meyarının həddi 170 manat olub.

Hər iki layihə birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Вернуться назад