Главная > Cəmiyyət > Lütfi Zadə Beynəlxalq Olimpiadasında məktəblilərimiz 3 qızıl medal qazandı

Lütfi Zadə Beynəlxalq Olimpiadasında məktəblilərimiz 3 qızıl medal qazandı


26-12-2021, 10:43. Разместил: admin
20-25 dekabr 2021-ci il tarixlərində riyaziyyat və informatika fənləri üzrə onlayn formatda Lütfi Zadə Beynəlxalq Olimpiada keçirilib.


“Azadsəs.az” xəbər verir ki, Olimpiadaya 18 ölkədən 158 məktəbli qatılıb.

Olimpiada iştirakçıları informatika fənni üzrə 7 qızıl, 16 gümüş, 23 bürünc, riyaziyyat fənni üzrə isə 5 qızıl, 12 gümüş, 17 bürünc medal qazanıb.

Azərbaycan məktəbliləri bu olimpiadada riyaziyyat fənni üzrə 3 qızıl, 2 gümüş, 1 bürünc, informatika fənni üzrə isə 4 bürünc medal əldə edib.
Вернуться назад